“Füzuli”nin hücumçusu 7 qol vurdu, rekorda şərik çıxdı

Tarix: 15-05-2024 10:12 | Bölmə: İdman / - | Baxış: 2 784

fuzulinin-hucumcusu-7-qol-vurdu-rekorda-serik-cixdi

Futbol üzrə Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib. Versiya.az xəbər verir ki, dünən “Kürmük Qax” səfərdə “Füzuli”nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 56-ya yüksəldən “Füzuli” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 14 xalı olan “Kürmük Qax” isə sonuncu yerdədir.

Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.
Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993-94 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib.

Üç il sonra – 1996-97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

“Füzuli” – “Kürmük Qax” 7:2
Qollar: Elvin Nəsibov, 19, 39, 47, 58, 60, 67, 79 - Revazi Otaraşvili, 30, 54


Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar