Putinlə danışıqlara hazıram - Zelenski

Tarix: 05-02-2025 10:57 | Bölmə: Dünya / - | Baxış: 7

Putinlə danışıqlara hazıram - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

Versiya.az xəbər verir ki, Zelenski bu barədə Pirs Morqana müsahibəsində bildirib.

Müsahibə əsnasında Zelenskidən dörd qrupun iştirakı ilə potensial sülh prosesi başlasa, Putinlə eyni masada otura bilməyəcəyi soruşulub.

Zelenskinin sözlərinə görə, sözügedən proses Ukrayna vətəndaşlarına sülh gətirəcək və insanların itirilməyəcəyi yeganə variantdırsa, o, buna hazırdır.

“Əlbəttə, biz bu varianta, bu dörd iştirakçı ilə görüşə gedəcəyik. Mənim necə olmağımın nə fərqi var, ona münasibətim necədir? Mən onunla mehriban olmayacağam və onu düşmən hesab edirəm. Açığını deyim ki, o da məni düşmən hesab edir”, - Zelenski bildirib.


Xəbəri paylaş