Bakı-Tbilisi qatarı açılır - Bu tarixdən

Tarix: 18-02-2025 15:49 | Bölmə: Xəbər / - / Manşet | Baxış: 155

baki-tbilisi-qatari-acilir

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Versiya.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri olub. 




Xəbəri paylaş