Meyiti zirzəmidə basdırılan qız tələbə imiş - Boğularaq öldürüb

Tarix: 15-05-2024 13:00 | Bölmə: Kriminal / - | Baxış: 753

Meyiti zirzəmidə basdırılan qız tələbə imiş - Boğularaq öldürüb

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

Versiya.az xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. (qafqazinfo)


Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar