Tarix: 19-02-2025 11:13 | Bölmə: Dünya / - | Baxış: 117
Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Versiya.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, liderlər arasında danışıqlarla yanaşı, Türkiyə liderinin ukraynalı həmkarı Volodimir Zelenskini qarşıladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəmə çevrilib.
Belə ki, rəsmi qarşılanma mərasimi zamanı yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər çətirlə birgə foto çəkdirib.
Eyni zamanda, həmin foto iki ölkə arasında dost münasibətlərini gücləndirən detal olaraq qiymətləndirilib.
Onu da xatırladaq ki, Ankaradakı görüşə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib.
