Tarix: 20-02-2025 11:47 | Bölmə: Siyasət / Manşet / - | Baxış: 106
Prezident İlham Əliyev fevralın 19-da Xankəndiyə səfər edib. Burada Prezident Zəfər parkının təməlqoyma mərasimində, eləcə də Xankəndidə “Bulud” hotelin açılış mərasimində iştirak edib.
Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək. Hoteldə 50 nəfər işlə təmin olunub.
Bu hotelin açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə Şuşaya səfəri zamanı ölkə başçısı İlham Əliyevlə dialoqunu bir daha gündəmə gətirib. 4 il bundan öncə iki dövlət başçısı arasında belə maraqlı dialoq yaşanıb:
İlham Əliyev iki dağın arasından görünən Xankəndi şəhərini Ərdoğana göstərərək deyib:
- O iki dağın arasında görünən yer Xankəndidir.
R.T.Ərdoğan: Hotel oradadırmı?
İlham Əliyev: Xeyr, xeyr. Amma orada da olacaq.