Qarlı havada 24 nəfər xəstəxanalıq oldu

Tarix: 21-02-2025 12:34 | Bölmə: Cəmiyyət / - | Baxış: 60

Qarlı havada 24 nəfər xəstəxanalıq oldu

Qarlı hava ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.

Versiya.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi ) müraciəti qeydə alınıb.

Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.


Xəbəri paylaş