83 yaşlı kişi evində yanaraq öldü

Tarix: 11-03-2025 11:20 | Bölmə: Hadisə / - | Baxış: 48

83 yaşlı kişi evində yanaraq öldü

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Versiya.az-ın məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş