Lökbatanın qazı kəsiləcək

Tarix: 12-03-2025 10:32 | Bölmə: Sosial / - | Baxış: 44

Lökbatanın qazı KƏSİLƏCƏK

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Versiya.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbəri paylaş