Elçibəyin əkiz nəvələrinin adları açıqlandı

Tarix: 01-04-2025 10:10 | Bölmə: Xəbər / - | Baxış: 36

Elçibəyin əkiz nəvələrinin adları AÇIQLANDI

Mərhum eks-prezident Əbülfəz Elçibəyin əkiz nəvələrinin adları məlum olub.

Versiya.az-ın məlumatına görə, oğlana Ərtuqay, qıza isə Aynaz adı qoyulub.

Modern.az-a açıqlamasında ailənin yaxını Çingiz Özgür bildirib ki, hər şey qaydasındadır.

"Min şükür, hər şey qaydasındadır. Yalnız uşaqların çəkiləri bir az zəifdir".

Xatırladaq ki, əkizlər martın 26-da dünyaya gəlib. Elçibəyin oğlu Ərturqut Əliyev atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.


Xəbəri paylaş