“Bakı Metropoliteni”ndə - Yeni təyinat

Tarix: 03-04-2025 14:29 | Bölmə: Xəbər | Baxış: 38

baki-metropoliteninde

“Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyinat olub.

Versiya.az xəbər verir ki, bu vəzifəyə Cəmilə Hidayət qızı Xəlilova təyinat alıb.

1984-cü il təvəlüdlü Cəmilə Xəlilova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Bu təyinatadək müxtəlif şirkətlərdə çalışıb. Sonuncu iş yeri “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsi olub.


Xəbəri paylaş