Ovçunun fermasında dağ keçiləri aşkarlandı

Tarix: 04-04-2025 16:40 | Bölmə: Xəbər / - | Baxış: 20

Ovçunun fermasında dağ keçiləri aşkarlandı 

Naxçıvanda ovçu saxlanılıb, fermasında dağ keçiləri aşkarlanıb.

Versiya.az xəbər verir ki, Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.

Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.

Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş