Nazir birinci sinifə qəbulla bağlı əmr imzaladı

Tarix: 17-04-2025 11:24 | Bölmə: Xəbər / - | Baxış: 29

Nazir birinci sinifə qəbulla bağlı əmr imzaladı

Elm və təhsil naziri Emin Əmrullayev 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.

Versiya.az "Report"a istinadən məlumat verir ki, birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.

Qeyd olunub ki, yeni tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.

Həmçinin şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr keçiriləcək, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.


Xəbəri paylaş
12:38 13-05-2025
Sənəd qəbulu başladı
10:32 07-05-2025
Şahdağa qar yağdı
10:36 05-05-2025
Çaylarda sululuq artıb