Firuz Səxavət Qarabağ Universitetində konsert verdi

Tarix: 18-04-2025 10:44 | Bölmə: Mədəniyyət / - | Baxış: 22

Firuz Səxavət Qarabağ Universitetində konsert verdi - FOTOLAR

Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə Versiya.az-a Qarabağ Universitetindən məlumat verilib. Konsertdə Firuz Səxavəti Ağdam Musiqi kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda Əməkdar artist və tələbələrinin ifasında muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib.

Tədbirdə Firuz Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında çıxış edərək tələbələrin sənət yolunda inkişafı və planları ilə bağlı fikirlərini bölüşüb.

Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edərək onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin davam etdirilməsinin vacibliyini söyləyib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.


Xəbəri paylaş
12:38 13-05-2025
Sənəd qəbulu başladı
10:32 07-05-2025
Şahdağa qar yağdı
10:36 05-05-2025
Çaylarda sululuq artıb