Xaçmazda zəncirvari qəza - 4 nəfər yaralandı

Tarix: 18-04-2025 10:52 | Bölmə: Hadisə / - | Baxış: 33

Xaçmazda zəncirvari qəza - 4 nəfər yaralandı

Aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib.

Versiya.az AzərTac-a istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş