Ordumuzun mövqeləri atəşə tutuldu

Tarix: 14-05-2025 10:47 | Bölmə: Manşet / Xəbər | Baxış: 19

Ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU

Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Versiya.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.


Xəbəri paylaş