Qadını maşına zorla mindirən əri və oğlu saxlanıldı

Tarix: 17-05-2024 11:18 | Bölmə: Kriminal | Baxış: 749

qadini-masina-zorla-mindiren-eri-ve-oglu-saxlanildi

Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib.

Versiya.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla “VAZ-21011” markalı maşına mindirilərək aparılması müəyyən olunub.

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib.Ad - 00:30

Onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirildiyi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş