Tarix: 20-05-2024 10:39 | Bölmə: Siyasət / - | Baxış: 756
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Versiya.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib:
“Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianin, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir”.
Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da hadisə ilə bağlı İran xalqına başsağlığı verib: “İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahianın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm”.