Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

Tarix: 21-05-2024 10:34 | Bölmə: Cəmiyyət / - | Baxış: 685

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlər davam edir. 

Versiya.az xəbər verir ki, maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli sürətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.  

"Qapı-qapı" və "Məktəb"  formatında keçirilən təlim sessiyaları AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib. 

Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.

Bununla da Abşeron rayonu, Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış 1700-dən çox keçmiş məcburi köçkünün mina təhlükəsi ilə bağlı məlumatlılığı artırılıb. 

Xatırladaq ki, ilk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonudakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunmuşdur.

Mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 5000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.  

 

5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR

5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTOLAR


Xəbəri paylaş