Millət vəkili bir qrup kənd sakini ilə görüşüb

Tarix: 21-05-2024 16:52 | Bölmə: Cəmiyyət / - | Baxış: 940

Millət vəkili Vüqar Bayramov Füzuli rayonunun Böyük Bəhmənli kəndinin bir qrup sakinləri ilə görüşüb.

Versiya.az xəbər verir ki, bu barədə məlumatı millət vəkilinin özü verib: “Kənddə rayon İcra Hakimiyyəti ilə birlikdə yenidən qurmağı planlaşdırdığımız Şəhidlər Abidəsi ilə bağlı müzakirələr apardıq. Hazırlanmış ilkin layihəyə baxdıq və fikir mübadiləsi etdik. Abidənin qurulacağı yeri müəyyənləşdirərək gələn həftə işlərə başlamağı planlaşdırırıq. Abidənin qurulmasına göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyasına (ABA) bir daha təşəkkürümüzü bildiririk. Şəhidlərimizi qürurla anırıq və hər zaman anacayıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir.


Xəbəri paylaş