“Təkrar emalın əhəmiyyəti və elektrik enerjisinə qənaətin yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tarix: 23-05-2024 12:58 | Bölmə: Sosial | Baxış: 1 277
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Füzuli rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 22 may 2024-cü il tarixdə Füzuli rayon Heydər Əliyev Mərkəzində “Təkrar emalın əhəmiyyəti və elektrik enerjisinə qənaətin yolları ” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Versiya.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin və rayon elektrik şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ Regional bölməsinin, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin, 9 saylı Ekologiya Regional İdarəsinin, Füzuli rayon Gənclər Evinin, təhsil və mədəniyyət sektorunun əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının dövlətimizin beynəlxalq aləmdə artan nüfuzuna təsirindən danışıb. Qabil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə təkrar emal və enerjiyə qənaət üçün mühüm əhəmiyyəti olan Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürüldüyünü və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olmasını iştirakçıların diqqətinə çatdırıb.
Füzuli rayon elektrik şəbəkəsinin müdiri Səttar Heydərov, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ Regional bölməsinin məsləhətçisi Ülvi Abışov, Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov çıxış edərək Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, kağız və digər tullantıların enerji məqsədli idarə edilməsi və sağlam ekoloji mühitin yaradılması üçün hər bir vətəndaşın məsuliyyətli olması diqqətə çatdırılıb.

Xəbəri paylaş