Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Tarix: 23-05-2024 15:16 | Bölmə: Mədəniyyət / - | Baxış: 1 726

susada-beynelxalq-usaq-yaradiciliq-festivali-kecirilecek

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Versiya.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər. 

Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək. 

Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək,uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz:

https://www.facebook.com/shushafestivali/

https://www.instagram.com/shushafestivali


Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar