Türkiyə ordusu şəhid verdi

Tarix: 23-05-2024 15:18 | Bölmə: Dünya / - | Baxış: 708

turkiye-ordusu-sehid-verdi

Türkiyə ordusunun hərbçisi İraqın şimalında şəhid olub.

Versiya.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi Vedat Zorba partlayış zamanı həlak olub.

Terror təşkilatının üzvlərinin əraziyə əvvəlcədən partlayıcı vasitə yerləşdirdiyi və hadisənin də qurğunun işə düşməsi səbəbindən baş verdiyi qeyd edilib.


Xəbəri paylaş