YAP parlament seçkilərinə hazırlaşır - Rəsmi açıqlama

Tarix: 10-05-2024 11:10 | Bölmə: Siyasət / - | Baxış: 949

Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur.

Versiya.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

"Amma buna baxmayaraq Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır. Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir", - o qeyd edib.

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. "Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib.


Xəbəri paylaş
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi