Tarix: 10-05-2024 11:20 | Bölmə: Mədəniyyət / - | Baxış: 815
Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik müraciəti ünvanlayıb.
Versiya.az xəbər verir ki, təbrikdə deyilir:
“Sizi Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir.
İnsanların ümid, pənah yerinə çevrilmiş Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr onun humanitar missiyasının bariz nümunəsidir.
Hörmətli Mehriban xanım!
Bir daha Sizi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun yubileyi münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz dəyərli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik”.