"Övladlarım da bizimlə Şuşaya gedəcək" - Kərim Kərimli

Tarix: 10-05-2024 11:39 | Bölmə: Qarabağ / - | Baxış: 956

30 illik fasilədən sonra Şuşa şəhəri öz əzəli sakinlərini qarşılamağa hazırlaşır. Artıq keçmiş məcburi köçkünlərin Şuşaya qaytarılmasına start verilib və ilk köç karvanı yola hazırlaşır. Hazırda şuşalılar doğma yurd-yuvalarına köç həyəcanını yaşamaqdadırlar.

Şuşaya köçəməyə hazırlaşanlardan biri də tanınmış jurnalist Kərim Kərimlidir.

Versiya.az xəbər verir ki, Modern.az-a açıqlamasında jurnalistt Kərim Kərimli  tezliklə Şuşada olacağını deyib:

"Bizim ailəmiz ilk köçəcək 20 ailədən biridir. Ya bu gün, ya sabah Şuşada olacağıq. Mənim böyük oğlum hərbi xidmətdədir. Xidmətin bitməsinə hələ iki ay var. Buna görə o, bizimlə gedə bilmir, ancaq digər övladlarım da bizimlə Şuşaya gedəcək". 

K.Kərimli Şuşada hansı işlə məşğul olacağından da danışıb: "Jurnalistika mənim həyatımın əsas missiyalarından biridir. Harada, nə işlə məşğul olmağıma baxmayaraq, jurnalistika daim mənimlədir. Ciddi təkliflər olarsa, onları da dəyərləndirmək imkanım olacaq. Obrazlı desək, xüsusi ixtisas, peşə tələb etməyən istənilən işdə işləyə bilərəm. Ümumilikdə az şey bacarmıram (gülür-red). 


Xəbəri paylaş