Cəbrayılda daha bir partlayış oldu, ANAMA əməkdaşı həyatını itirdi

Tarix: 21-06-2024 15:49 | Bölmə: Cəmiyyət / Manşet | Baxış: 786

cebrayilda-daha-bir-partlayis-oldu-anama-emekdasi-heyatini-itirdi

Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib.

Versiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb. 

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində də mina hadisəsi baş verib. Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.


Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar