Rayonlarda 38 dərəcə isti var - FAKTİKİ HAVA

Tarix: 23-07-2024 09:36 | Bölmə: Xəbər / Manşet | Baxış: 367

Rayonlarda 38 dərəcə isti var - FAKTİKİ HAVA

İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

 

Bu barədə Versiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

 

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.


Xəbəri paylaş