Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri

Tarix: 09-08-2024 17:29 | Bölmə: Xəbər | Baxış: 239

Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri 

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1554 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 610 nəfər (o cümlədən 110 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal).

Qəbul olunan şəxslər 14 – 21 avqust (saat 18:00‑dək) tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.


Xəbəri paylaş
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı