Vətən müharibəsi qazisinin meyiti tapıldı

Tarix: 15-08-2024 16:27 | Bölmə: Xəbər | Baxış: 101

Vətən müharibəsi qazisinin meyiti TAPILDI

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə Versiya.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısı və qazisidir.


Xəbəri paylaş