Ukrayna Rusiyada 80-dən çox yaşayış məntəqəsini nəzarətə götürüb

Tarix: 16-08-2024 11:05 | Bölmə: Dünya / - | Baxış: 138

Ukrayna Rusiyada 80-dən çox yaşayış məntəqəsini ələ keçirib

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinin Sudja (Suca) qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.

Versiya.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat yayıb. 

"Biz yeni irəliləyiş əldə etdik. Baş Qərargah rəisi Sudja şəhərinin rus qoşunlarından alındığını bildirib. Hazırda orada Ukrayna hərbi komandanlığı yaradılır. Daha bir neçə yaşayış məntəqəsi də alınıb. Onların sayı artıq 80-ni keçib",- deyə bildirib. \"Unikal"


Xəbəri paylaş