Türkiyədə güclü zəlzələ

Tarix: 16-08-2024 15:43 | Bölmə: Dünya / - | Baxış: 161

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb. 

Versiya.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Yayladağı rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5.2 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Zəlzələ Suriya ərazisində də hiss olunub.


Xəbəri paylaş