Tarix: 20-08-2024 12:09 | Bölmə: Cəmiyyət | Baxış: 76
İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı.
Versiya.az xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
"Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib".
Hafiz Səfixanov vurğulayıb ki, Vətən müharibəsindən indiyə qədər azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına 349 milyon dollar xərclənib. O qeyd edib ki, bu vəsaitin 16 milyon dolları beynəlxalq ölkə, qurum və təşkilatların Azərbaycana dəstəyidir.