Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artdı

Tarix: 21-08-2024 12:25 | Bölmə: Dünya / - | Baxış: 177

Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artdı

Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı müəyyən edilib. 41 nəfər xəstəxanaya yerləşdirilib.

Versiya.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ilk hadisə avqustun 7-də Araqatsotn vilayətində aşkarlanıb. 

"41 xəstədən dördünün vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - deyə nazirliyin məlumatında qeyd olunub./"Unikal"


Xəbəri paylaş