30 il sonra nəşi tapılan şəhid Əli Hüseynovun doğum günüdür

Tarix: 23-08-2024 15:55 | Bölmə: Qarabağ | Baxış: 111

Bu gün birinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıqlar göstərmiş, döyüşlərdə göstərdiyi qəhramanlığa görə döyüşçülər arasında "Ujas" ləqəbi ilə tanınan, dövrünün tanınmış döyüşçüsü olmuş Əli Hüseynovun doğum günüdür.

Versiya.az xəbər verir ki, şəhid Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 23-də Füzuli rayonunun Yağlıvənd kəndində zəhmətkeş ailəsində anadan olub. Atası Heydər Hüseynov zootexnik, anası Sona Hüseynova isə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

Əli Hüseynov Yağlıvənd kənd orta məktəbini bitirib. O, 1991-ci ilin axırından başlayaraq könüllü döyüşlərdə iştirak edib. İlk öncə Yağlıvənd kəndində özünümüdafiə üçün kiçik qrup yaradaraq döyüşlərə qoşulub. Sonra isə rayonda batalyon yarandıqdan sonra həmin batalyonda vətən uğrunda döyüşlərdə iştirak edib. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə qəhrəmanlıq göstərib, torpaqlarımızın işğal olunmasının qarşısının alınmasında böyük xidmətləri olub. Müxtəlif vaxtlarda ermənilərin əsir götürülməsi əməliyyatlarında iştirak edib. Çoxsayda silah-sursat qənimət kimi gətirib.

Əli Heseynov 1993-cü ilin avqustun 5-dən 6-a keçən gecə Füzuli rayonunda yerləşən Murquzlu adlanan ərazidə döyüş zamanı itkin düşüb.

Əli Hüseynovun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan tapılıb.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı