Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

Tarix: 27-08-2024 10:36 | Bölmə: Xəbər / - | Baxış: 82

gomruk-komitesinin-sedr-muavini-isden-cixarildi

Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 

Versiya.az Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.


Xəbəri paylaş