Seçkilərin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Tarix: 01-09-2024 08:36 | Bölmə: Xəbər | Baxış: 69

Seçkilərin ilkin nəticələri nə vaxt açıqlanacaq?

İki gün ərzində dairə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı protokolları MSK-ya daxil olacaq. 

Versiya.az xəbər verir ki, bunu Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının(MSK) media mərkəzində keçirilən iclasda MSK sədri Məzahir Pənahov deyib. 

O qeyd edib ki, bu gün ilkin nəticələrin açıqlanması planlaşdırılır.

"Daha sonra Konstitusiya Məhkəməsinə seçkilərin nəticələri ilə bağlı 10 gün vaxt verilir. Məhkəmə prosesi uzada da bilər, amma belə bir təcrübəmiz olmayıb. Maksimum 20 gün müddətində MSK tərəfindən həyata keçirilməli olan bütün proseslər yekunlaşdırılacaq”,- deyə o bildirib.


Xəbəri paylaş