Seçilsələr, 7-ci dəfə deputat olacaqlar...

Tarix: 01-09-2024 22:46 | Bölmə: Siyasət / - | Baxış: 91

secilseler-7-ci-defe-deputat-olacaqlar

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin “Exit poll” nəticələri açıqlanıb.

Versiya.az-ın məlumatına görə, bu nəticələrin rəsmi rəqəmlərdən ciddi fərqlənməyəcəyi ehtimal olunur.

“Exit poll” nəticələrinə əsasən, 4 nəfərin 7-ci dəfə parlament üzvü olacağı gözlənilir.

Bunlardan biri 78 yaşlı Mixail Zabelindir. 34 saylı Xətai İkinci seçki dairəsindən seçildiyi ehtimal olunan Zabelinin 1995-ci ildən mandatı var.

66 yaşlı İmamverdi İsmayılov da 7-ci dəfə deputat mandatı almağa çox yaxındır. O, “Exit poll” nəticələrinə görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lideridir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş 79 saylı Eldar İbrahimovun da seçilmək şansı yüksək qiymətləndirilir. O, seçiləcəyi təqdirdə parlamentin ən qocaman deputatlarından olacaq.

1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə “Exit poll” nəticələri açıqlanmasa da, Ziyafət Əsgərovun daha şanslı namizəd olduğu ehtimal edilir. Seçiləcəyi təqdirdə, o da 7-ci dəfə deputat mandatını qazanmış 4 millət vəkilindən biri olacaq./Qafqazinfo


Xəbəri paylaş
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü