Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ

Tarix: 13-05-2024 11:05 | Bölmə: Xəbər | Baxış: 840

Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.

Versiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.

Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".

E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb".

Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.


Xəbəri paylaş
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı
11:07 13-09-2024
Şahdağa qar yağdı