Füzuli rayonunun Araz Yağlıvənd kəndində anım tədbiri keçirilib - Fotolar

Tarix: 26-09-2024 17:32 | Bölmə: Qarabağ / - | Baxış: 126

Füzuli rayonunun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbində  27 sentyabr- Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil ocağının müəllim-şagird kollektivi ilə yanaşı, Araz Yağlıvənd kənd şəhidlərinin ailələri, ziyalılar iştirak edib.    

Versiya.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib. Tədbir iştirakçıları öncə şagirdlərin 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə hazırladıqları kompozisiyanı izləyib.        

Sonra məktəbin rəhbərliyi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edib. 27 sentyabr – Anım Gününün əhəmiyyətindən danışan tədbir iştirakçıları Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiklərini bildiriblər.

Tədbirdə çıxış edən birinci və ikinci Qarabağ müharibəsinin şəhid anaları övladlarının Vətən müharibəsindəki şərəfli döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.


Xəbəri paylaş
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü
10:11 21-10-2024
Fətullah Gülən öldü