Tarix: 02-10-2024 12:53 | Bölmə: Dünya / - | Baxış: 75
İsrail hakimiyyəti İranın hücumuna hərbi cavab vermək qərarına gəlib, lakin bunun hansı miqyasda və necə olacağı hələlik dəqiq deyil.
Versiya.az xəbər verir ki, “Axios”un mənbələrinə görə, onlar bu məsələni əvvəlcə ABŞ administrasiyası ilə müzakirə etmək istəyirlər.
Qeyd olunub ki, İsrail müstəqil şəkildə cavab verəcək, lakin vəziyyətin strateji nəticələrinə görə öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir. Mənbəyə görə, bir gün əvvəl ABŞ administrasiyası ilə İsrail hökuməti arasında aparılan danışıqlar zamanı Amerika tərəfi İsrailin cavabını dəstəklədiyini, lakin bunun təmkinlə verilməli olduğuna inandığını açıq şəkildə bildirib.
Xatırladaq ki, İran İsrailə yüzlərlə raket atıb. "Reuters"in məlumatına görə, İran hakimiyyəti diplomatik kanallar vasitəsilə Rusiya və ABŞ-ı İsrailə hücum planları barədə xəbərdar edib.