Prezident bu qurumu ləğv etdi

Tarix: 17-10-2024 16:14 | Bölmə: Xəbər / - | Baxış: 8

Prezident bu qurumu LƏĞV ETDİ

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. 

Versiya.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR) tərəfindən həyata keçiriləcək.

ASC 2024-cü il dekabrın 1-dən ləğv ediləcək.

Nazirlər Kabineti “Azərkontrakt”ın digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qazla bağlı müqavilələr üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin dekabrın 1-nə qədər təmin edilməsi üçün tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi “Azərkontrakt”ın balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

SOCAR daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Xəbəri paylaş
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi
10:35 16-10-2024
Şəhid atası vəfat etdi