Ağdamın yolları hazırda... - FOTOLAR

Tarix: 29-10-2024 10:31 | Bölmə: Qarabağ / - / Manşet | Baxış: 64

agdamin-yollari-hazirda

Ağdam şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə icra olunur.

Versiya.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Hazırda tikintisi davam edən yollardan fotoları təqdim edirik:









Xəbəri paylaş