Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq, amma bir şərtlə... - Hakan Fidan

Tarix: 06-11-2024 09:53 | Bölmə: Siyasət / - | Baxış: 64

Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq, amma bir şərtlə... - Hakan Fidan

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Ankara ilə İrəvan arasında münasibətlər normallaşacaq.

Versiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, - Hakan Fidan  “Türkiyə” qəzetinə deyib.

Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir.

“Biz razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən şadıq. Sərhədlərin delimitasiya ilə bağlı son qərarlar bu irəliləyişin yaxşı nümunəsidir”, - Türkiyə XİN rəhbəri bildirib.


Xəbəri paylaş