Tramp 7 "yelləncək ştat"dan 6-da liderdir

Tarix: 06-11-2024 10:21 | Bölmə: Dünya / Manşet | Baxış: 50

Tramp 7 "yelləncək ştat"dan 6-da liderdir - Respublikaçılar qələbəni qeyd edir

ABŞ-ın Respublikaçılar Partiyası artıq Donald Trampın qələbəsini qeyd edirlər.

Versiya.az xəbər verir ki, “Nyu-York Tayms” qəzeti yazır ki, Viskonsin, Miçiqan və Pensilvaniya kimi əsas ştatların nəticələri hələ məlum olmasa da, Trampın müşavirləri hesab edirlər ki, onların yeddi ştatın hamısında qalib gəlmək şansları var.

Bu arada, BBC-nin məlumatına görə, Demokrat Partiyasının bəzi donorları çox bədbin olduqlarını etiraf edirlər.

“Nyu-York Tayms” yazır ki, hazırda ABŞ-ın keçmiş prezidenti Donald Trampın 7 yelləncək ştatından 6-da - Viskonsin, Miçiqan, Nevada, Corciya, Şimali Karolina və Arizonada prezidentlik yarışında liderlik etdiyi məlumdur.

Pensilvaniyada - 7-ci və son yelləncək ştatında lider hələ müəyyən edilməyib.

CNN müxbirləri səslərin hesablanması zamanı Harrisin qərargahında sükut olduğunu bildirirlər.


Xəbəri paylaş