Ərdoğan Mitsotakislə görüşdü

Tarix: 13-05-2024 17:27 | Bölmə: Dünya / - | Baxış: 747

erdogan-mitsotakisle-gorusdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkədə səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş başlayıb. 

“TRT Haber” xəbər verir ki, görüşdən sonra Ərdoğanla Mitsotakis birgə mətbuat konfransı keçirəcəklər.

Tərəflərin görüş zamanı iki ölkə arasında münasibətlər, Türkiyə ilə Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair atılacaq addımları müzakirə edəcəyi bildirilir. 

Bununla yanaşı, cari regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsinin də aparılacağı gözlənilir.


Xəbəri paylaş