Bakı Dairəvi yolunda sıxlıq azalacaq

Tarix: 26-11-2024 14:16 | Bölmə: Xəbər | Baxış: 42

baki-dairevi-yolunda-sixliq-azalacaq

Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.

Bu barədə Versiya.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.






Xəbəri paylaş