Məhkəmə Əhməd Orucun partiyasını ləğv etdi

Tarix: 06-12-2024 12:17 | Bölmə: Siyasət / - | Baxış: 33

Məhkəmə Əhməd Orucun partiyasını ləğv etdi

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Versiya.az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.

Azadlıq Partiyasının sədri Əhməd Orucdur.


Xəbəri paylaş