Tarix: 09-12-2024 10:47 | Bölmə: Siyasət / - / Manşet | Baxış: 36
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərlə görüşdə deyib ki, hazırda dünya siyasətini müəyyən edən iki lider qalıb - o və Putin.
“Biz indi dünyada liderlər arasında iki nəfər qalmışıq. Hazırda sadəcə mən və Putin”.
Versiya.az xəbər verir ki, “Hürriyet” məlumat yayıb.
Türkiyə prezidenti əvvəllər dünya siyasətini müəyyən edən digər liderlərin də adını çəkib. Ərdoğanın sözlərinə görə, bu liderlərdən biri Almaniyanın keçmiş kansleri Angela Merkel olub və ondan sonra “Almaniyada siyasət başa çatıb”.
“Merkelin siyasətdə yeri var idi. Merkeldən sonra Almaniyada siyasət bitdi. Almaniyada bəyəndiyim lider Şröderdir. Onun bizə olan sevgisi çox fərqli idi. Məsələn, Ramazan ayında Şröder oturduğum masada pivə içməzdi. O da vaxtaşırı Türkiyəyə gəlir. Şröderin Almaniya siyasətində fərqli yeri var. Ümid edirəm ki, Türkiyədə Şröder kimi siyasətçilər olacaq”.