"Kanal 13"ün rəhbəri hakim qarşısına çıxarılır

Tarix: 10-12-2024 15:42 | Bölmə: - / Xəbər | Baxış: 31

"Kanal 13"ün rəhbəri hakim qarşısına ÇIXARILIR

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Versiya.az-ın məlumatına görə, toplanan materiallar araşdırılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Cari ilin sentyabrında isə Əziz Orucovun həbs müddəti 3 ay uzadılıb.


Xəbəri paylaş